RU

Ermənistan Baş Qərargah rəisi Azərbaycanla sərhəddəki durum haqda nə dedi?..

"Təmas xəttində vəziyyət nisbətən sabitdir". 
 
Moderator.az xəbər verir ki, bu barədə İrəvandakı Yrablur panteonunda jurnalistlərə Ermənistan Baş Qərargah rəisi Edvard Asryan danışıb. 
 
“Azərbaycanın müdafiə nazirinin döyüşkən bəyanatları bizi həmişə narahat edir, lakin bu, operativ qiymətləndirmənin kiçik bir hissəsidir. Biz həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyirik”, - deyə o bildirib.
 
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirlii  2025-ci il yanvarın 5-də Azərbaycan-Ermənistan sərhədində neçə aylardır pozulmayan atəşkəsin Laçın rayonu istiqamətində erməni hərbi birləşmələri tərəfindən pozulması haqda xəbər yaymışdı. Bundan əlavə, bu günlərdə mediada yayılan məlumatlara görə, erməni ordusu Kəlbəcər rayonu ilə sərhəddə mövqelərini möhkəmləndirməklə məşğuldur. 
 
 
Избранный
26
50
moderator.az

10Источники