Rusiyada yüksəklikdən yığılan fəhlə sağ qalıb. Belə ki, Novosibirsk şəhərinin Zaeltsovski rayonunda kranın idarəedici kabinəsindən enən işçi hündürlükdən yıxılaraq texnikanın dəmirləri arasında sıxılıb qalıb. İşçi xilas edilib. Bu barədə bölgənin Fövqəladə Xilasetmə Xidməti öz Telegram kanalında məlumat yayıb.
"Hadisə şəhərin şimal-qərbində yerləşən tikinti meydançalarından birində baş verib. Zərərçəkmişə tibbi yardım lazım imiş. Hadisə yerinə gələn xilasedicilər alpinist avadanlıqlardan istifadə edərək işçini yerə endiriblər və onu təcili tibbi yardım briqadasına təhvil veriblər", paylaşımda yazılıb.
Tural