RU

Agentlik Moskvada sərgi stendinin quraşdırılması üçün 134 minlik tender elan edib

Dövlət Turizm Agentliyi 18-20 mart 2025-ci il tarixlərində Moskvada keçiriləcək “MITT 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı açıq tender elan edib.

Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlə bağlı işlərin ehtimal olunan qiyməti 134 min 286,36 manatdır.

Müsabiqədə iştirak haqqı 250 manatdır. Tender üzrə işlərə stendin döşəməsinin və strukturunun hazırlanması, qrafik işlər, mebellərin quraşdırılması, işıqlandırma işləri, keyterinq və digər xidmətlər daxildir.

Təkliflərin son təqdim olunma tarixi 19 fevraldır. Zərflər də həmin gün açılacaq.


Müəllif: Mirvari Əzizova
Избранный
3
1
teleqraf.com

2Источники