İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Qəzvin vilayəti üzrə nümayəndəsi və Qəzvinin cümə imamı Əbdülkərim Abedini tutduğu vəzifədən istefa verib.
Trend xəbər verir ki, bu barədə İran KİV-i məlumat verib.
Məlumata görə, Qəzvinin cümə imamı istefa verməsi ilə əlaqədar müraciət ünvanlayıb.
O, istefa müraciətində 10 ildir cümə imamı kimi fəaliyyət göstərdiyini qeyd edib. Lakin hansı səbəbdən istefa verdiyi açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 25-i İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cədəf Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
İranlı rəsmiyə Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə Ərdəbilin cümə imamı Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin cümə imamı daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.