RU

2025-ci ildə QHT-lərin fəaliyyətində nələr dəyişəcək? QHT sədrindən AÇIQLAMA

"İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında 2025-ci ilin qeyri hökümət təşkilatlarının fəaliyyətində yeni mərhələ olacağını vurğulayıb. Onun sözlərinə görə, bu təşkilatlar narkomaniya, insan alveri, sosial problemlər və vətənpərvərlik kimi sahələrdə dövlət siyasətinə dəstək verməyə davam edəcək.

QHT sədri bildirib ki, dövlət qurumları QHT-lərin fəaliyyətinə daha çox dəstək göstərməlidir. QHT-lərə layihələr ayıran qurumlar onların təkliflərini dəyərləndirməli və maneələr yaratmamalıdır. Bəzi hallarda tədbir və layihə müraciətlərinə cavab verilməməsi kimi hallar təşkilatların işinə mənfi təsir edir.

Sonda Ramil Əliyev qeyd edib ki, dövlətin davamlı dəstəyi ilə QHT-lər həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha geniş miqyaslı uğurlara imza atacaq və Azərbaycanın gələcəyi naminə faydalı işlər görəcəklər.

 

 

Pərvanə Fərhadqızı

Избранный
7
qht.az

1Источники