Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Neymarla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, klubdan verilən rəsmi açıqlamada braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Neymar 2023-cü ilin yayında komandaya qoşulmuşdu, lakin zədələr səbəbilə bu mövsüm cəmi iki oyunda iştirak edə bilib.
Qeyd edək ki, 32 yaşlı futbolçu keçmiş klubu “Santos”a geri dönəcəyi bildirilir.