Avropada LPG-nin ən ucuz və ən baha satıldığı ölkələr – Tam siyahı
Avropa ölkələri arasında LPG-nin (maye qaz) ən ucuz satıldığı ölkə Rusiya olub. Yeniavaz.com xəbər verir ki, şimal qonşumuzda LPG-nin 1 litrinin orta qiyməti 0,29 avro (51 qəpik) təşkil edib. Avropa ölkələri arasında LPG-nin ən baha qiymətə satıldığı ölkə isə Norveç hesab olunur. Bu ölkədə LPG-nin 1 litri 1,19 avroya (2,1 manat) satılıb. Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda LPG-nin 1 litrinin qiyməti 65 qəpiyə (0,37 avro) bərabərdir. Avropada LPG-nin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus. Cədvəldə Avropa ölkələrində LPG-nin orta satış qiyməti göstərilib: