Konqo Demokratik Respublikasında həbsxanada baş verən iğtişaş zamanı 100 nəfər ölüb, 4400 məhbus qaçıb.
İğtişaş Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərindəki Munzenze həbsxanasında baş verib.
Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, həbsxana 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrup tərəfindən mühasirəyə alınıb.Məhbuslar iğtişaş törədərək, binanın bəzi hissələrini yandırıblar. Yanğın və iğtişaş zamanı 4400 məhbus həbsxanadan qaçıb.
İğtişaşın qarşısını almağa çalışan təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 10 məhbus həyatını itirib.
23 Mart Hərəkatı şəhərin elektrik və su sistemini sıradan çıxarıb.
Təhlükəsizlik qüvvələri qaçan məhbusların saxlanılması üçün əməliyyata başlayıb.