"Kubok fərqli turnirdir. SİA xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Abşeron"la oyunundan öncə klubun mətbuat xidmətinə açıqlama verib.
Təcrübəli mütəxəssis bildirib ki, bu mərhələ bir oyundan ibarətdir: "Allah eləsin ki, biz bir oyunla kifayətlənməyək. Mənə elə gəlir ki, şansımız pis deyil. Çünki burada 3+2 sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər. Rəqibi də analiz etmişik, hazırlaşmışıq. Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Çalışacağıq ki, liqadakı uğursuzluğumuzun əvəzini heç olmasa kubokda kompensasiya edək. Ancaq qələbə haqda düşünürük. Alınsa, çox sevinərik".