RU

Semestr imtahanlarından sonra tətil müddəti uzaldılmalıdır? - AÇIQLAMA

Semestr imtahanlarından sonra bir çox universitetlərdə  tətil müddəti 14-15 gün arasında müəyyən edilir, lakin bəzi ali məktəblərdə imtahanlar fevralın 6-7-nə qədər davam edir. Bu halda tələbələr yalnız bir həftəlik tətil imkanı əldə edirlər.Belə olduqda tələbələrin bir çoxu növbəti semestrın gec başlamasını təklifini irəli sürürlər. 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, bir çox ölkələrdə imtahan sessiyasında bu qədər uzun istirahət müddəti nəzərdə tutulmur və tələbələr bizdə olduğu qədər evdə qalmırlar:

154005

“Tələbələrə verilən istirahət vaxtının kifayət qədər olduğunu düşünürəm. Bir semestrlik tədris müddəti 15 həftədən ibarətdir və dekabr ayının sonlarında başa çatır. Növbəti yaz semestri isə fevralın 17-də başlayır. Beləliklə, tələbələr təxminən bir ay yarım evdə istirahət edirlər. Bu müddət ərzində magistratura tələbələri 4, bakalavr tələbələri isə 5-6 imtahan verirlər.

 

Əgər bu vəziyyəti dünyanın digər ölkələri ilə müqayisə etsək, görərik ki, bir çox ölkələrdə imtahan sessiyasında bu qədər uzun istirahət müddəti nəzərdə tutulmur. Tələbələr bizdə olduğu qədər evdə qalmırlar. Lakin düşünürəm ki, bu, tamamilə ədalətli şəkildə planlaşdırılmış bir imtahan və istirahət müddətidir".

Избранный
13
6
azedu.az

10Источники