RU

Şüvəlanda sərxoş halda transformatora girən şəxs yanaraq öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda 32 yaşlı kişi yanaraq ölüb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 2 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı "Günəşli" nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.
Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Избранный
6
50
oxu.az

10Источники