Ajans.azxəbər verir ki, Rusiya mətbuatındakı məlumatlara görə, İqor Yankovski onkoloji xəstəlikdən əziyyət çəkirdi.
O, 1951-ci ildə anadan olub. 1974-cü ildə Şukin adına Teatr Məktəbini bitirib. 1992-ci ilə qədər Malaya Bronnaya teatrında çalışıb. 1973-cü ildə o, "Məndən daha güclüdür" filmində ilk filmə çəkilib.
Televiziya seriallarında da çəkilib. 90-cı illərdə reklam biznesində işə başlayıb. 2004-cü ildə Rusiya Reklam Agentlikləri Assosiasiyasının prezidenti olub. O, əmisi oğlu Filipp Yankovskinin “Hərəkətdə” filmində çəkilib və NTV-də yayımlanan “Xəsislik” televiziya oyun şousunun aparıcısı olub.