RU

FHN-in institutu 92 minlik dəftərxana ləvazimatını nə edəcək?

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu yeni tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, adını birdəfəyə oxuyanda adamın nəfəsi kəsilən qurumun məqaədi dəftərxana ləvazimatı və təsərrüfat malları almaqdır.

Bununla əlaqədar olaraq sözügedən qurum “NUR-E.A.” MMC ilə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilənin dəyəri isə 92.279,63 manatdır.

Qeyd edək ki, “NUR-E.A.” MMC nazirliklərə yad şirkət deyil. Bu MMC-nin adı bir çox nazirliklərin tenderlərində keçir. Əsasən dəstərxana ləvazimatları və tualet kağızı satınışı həyata keçirən şirkətin indiyə qədər bir çox tenderlərin qalibi olduğu qeyd edilir.

Xatırladaq ki, “NUR-E.A.” MMC 09.01.2020 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 5000 manatdır. Qanuni təmsilçisi isə Etibar Abbasov Bahadur oğludur.

Избранный
15
19
tribunainfo.az

10Источники