RU

Hədələnən azərbaycanlılar və ya çatana “trol” demək…

O, sosial şəbəkələrin aktiv yazarlarından olub COP29 zamanı özünə xarici medaiada birdən-birə yaranan “marağın” azalmasından çox təsirlənib. 

İndi özü-özünü tərifləyir və əleyhinə olan hər kəsi də hədələməkdən, aşağılamaqdan çəkinmir. Paylaşımlarına qarşı çıxanları, əks fikir söyləyənləri “trol” adlandırıb, onların “naməlum gələcəkdə” üzləşəcəkləri problemləri xatırlatmağı da unutmur. Hər cümləsində təkrarladığı “Qərb demokratiyası”, söz və fikir azadlığı özünə çatanda, termin olaraq yoxa çıxır. 

Əli Kərimlinin fikirlərinə qarşı çıxan və “trol” adlandırdığı adamlar Azərbaycan vətəndaşlarıdır, onlar seçicidir, azad fikir bildirmək, müzakirədə iştirak etmək hüquqları var. İllərini siyasətə həsr edən, iddiaları böyük olan Əli Kərimli isə qanunla əldə etdikləri hüquqlarından istifadəyə görə onlara “trol” deyir, gözlərində qorxu yaradır.

Hələ xüsusi imkanlara, səlahiyyətlərə sahib olmadan bunu edirsə, o imkan və səlahiyyətlər əldə edilərsə, ondan sonra nələrin başa verə biləcəyini düşünmək belə təhlükəlidir. Bu, o deməkdir ki, onun “trol” deyə işarə etdiyi şəxslər təkcə indi “daş-qalaq” edimir, həm də gələcək üçün “işarələnir”. Əgər nə zamansa əlində onları cəzalandırma metodu olarsa, bu vəzifəni də böyük məmnuniyyətlə icra etdirəcək. 

Yəni burada Əli Kərimlinin köhnə komsomol düşüncəsi dövriyyəyə girir, bir zaman bolşeviklər də özləri üçün gələcəkdə cəzalandırılacaq şəxslərin siyahısını hazırlayırdılar. İndi Əli Kərimli həmin komsomolçu fəhmi ilə ona qarşı hansısa fikir söyləyən şəxsləri “trol” adlandırmaqla onları gözləyən cəzanın işarəsini verir.

Bu, onun düşüncəsinə görə çəkindirmək üsuludur, ardınca isə cəzalandırma mərhələsi gələcək. Necə ki, zaman-zaman tərəfdarları tərəfindən elə sosial şəbəkələrdə “linç etmə” əmliyyatları keçirilib və Əli Kərimlinin “qara siyahısı”na düşənləri hətta gələcəkdə Azadlıq meydanında dar ağacı ilə hədələyənlər də az olmayıb. 

Amma bir real və danılmaz həqiqət var. İndi Əli Kərimlinin qəzəbinə tuş glən “trolluğu” Azərbaycana gətirən də elə Əli Kərimli olub. Üstəlik, indi yox, hələ uzun illər əvvəl, əvvəl AXC-nin, sonra da AXCP-nin nüfuzunun böyük olduğu illərdə Əli Kərimli partiya daxilində özü üçün “yurdçu”lardan ibarət “trol” dəstələri yaratmışdı.

Onlar Əli Kərimlinin təlimatıyla onun çıxışlarını alqışlamaq, onun adını şüar kimi qışqırmaq, Əli Kərimlinin təkilat daxilindəki müxaliflərinin çıxışlarını replika ilə kəsməklə görəvləndirilmişdilər. 

Zaman keçdi, Əli Kərimli AXCP-ni parçaladı, “trol”larının işini təkmilləşdirdi və bu dəfə sosial şəbəkələrə transfer edildilər. Əli Kərimlinin öz əlində 200-dək saxta “Facebook” profili olduğunu və öz çıxışlarına onlardan dəstək verib, tərif yağdırdığını, əks fikir söyləyənləri həmin profillərlə linç etdirdiyini hər kəs bilir. Bəzən bu işin əyləncəsinə özlərini o qədər aludə edirlər ki, profilləri qarışıq salırlar. Bəs bu, “trolluq” deyil? 

Bu “trolluğu” Azərbaycana gətirən Əli Kərimli indi ona əks fikir söyləyənləri cəza ilə hədələyir. Gültəkin Hacıbəyli bir yandan, Əli Kərimli o biri yandan hədə-qorxu gəlir. Hədələnən də Azərbaycan vətəndaşlarıdır. Onu da qeyd edək ki, Əli Kərimliyə etiraz edənlərlə onun özü üçün yaratdığı “trol” hərəkatı arasında mühüm bir fərq var. 

Əli Kərimliyə etiraz edənlər real adamlardır, onun fikirlərini, çıxışlarını bəyənmir, qəbul etmir və etiraz edirlər. Kərimlinin “trollar”ı isə saxta, “fake” profillərdən ibarətdir və idarəetməsi də öz əlindədir. 

Избранный
5
cebheinfo.az

1Источники