Astana: Trend:
Orta dəhlizinin Transxəzər marşrutunun əsas zənciri olacaqTransqazaxıstan Dəmiryolu dəhlizinin inkişafını sürətləndirməklazımdır.
Trend xəbərverir ki, bunu geniştərkibli hökumət iclasında etdiyi çıxışdaQazaxıstanın prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Nəqliyyat-logistika infrasturkturunun digər, son vacib sahəsinəgəlincə, Tranzit – yüklərin daşınması uğrunda gedən beynəlxalqrəqabətdə bizim nəhəng üstünlüyümüzdür. Bu üstünlükdən tam vəeffektiv şəkildə yararlanmaq lazımdır.
Orta dəhlizin Transxəzər marşrutunun əsas zənciri olacaqTransqazaxıstan Dəmiryolu dəhlizinin inkişafını sürətləndirməklazımdır. Bu istiqamətdə vacib layihələrin bir hissəsi artıq həyatakeçirilməkdədir, lakin perspektivlər üçün işləri davam etdirməklazımdır”,- deyə o bildirib.
Prezident Tokayev yerli hökumətə “Moyıntı- Kızıljar” yenidəmiryolu xəttinin tikintisinə və Kızıljar stansiyasından Aktaudəniz limanına aparan magistralların ən yüklənmiş hissələrininmüasirləşdirilməsinə dair göstəriş verib.
“Bütün növ nəqliyyat vasitələrinin inteqrasiyasını təmin edənmultimodal nəqliyyat qovşaqlarının inkişafına diqqətyetirilməlidir. Cari və növbəti illər bu istiqamətdə irəliləyişilləri olmalıdır," - Qazaxıstanlı dövlət başçısı əlavə edib.