Demokrat.az “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Saleh Novruzi ifadə verib.
O, ittihamda adları qeyd olunan şəxsləri tanımadığını bildirib:
"Mən əməkdaşların heç birindən pul almamışam. Çantamdan çıxan pul oğluma aid olub. Bizim işimiz ölkəyə idxal olunan qeyri-qida məhsullarına gigiyenik sertifikatın verilməsidir. Vətəndaş məhsulun kodu ilə bizim mərkəzə yaxınlaşır, sənədləri təqdim edir, doğruluğu yoxlanıldıqdan sonra məhsul laboratoriyaya göndərilir. Məhsulun növündən asılı olaraq, ödəniş olunur. Burada iki rüsum var, biri dövlət, digəri də laboratoriyanın rüsumudur. Pullar bank hesabına ödənilir.
Məbləğ məhsula görə dəyişir".
Saleh Novruzinin sözlərinə görə, məhsulun müayinəsi bitəndən sonra laboratoriya sənədləri ilə birgə komissiyaya təhvil verilir:
"Komissiya cəmi 7 nəfərdən ibarətdir, sədri mən idim. Komissiyanın nəzərindən keçəndən sonra üzvlər sənədlərə qol çəkir və sertifikat verilir".
Təqsirləndirilən şəxs bildirib ki, ofisdə axtarış zamanı çantasında tapılan 30 min manat pul oğluna məxsus olub və ev almaq üçün ona verilib:
"Bu barədə istintaqa bildirməməyimin səbəbi səhhətim ilə əlaqədar idi. Həmin pula Masazırda ev alacaqdıq".
Məhkəmə fevralın 25-də davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
10Источники
-
avtosfer.azRüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxs - Pul oğluma məxsus idi ( 15124507)
-
heftelik.az“Çantamda tapılan 30 min manat oğlumun idi, ev alacaqdıq” – MƏHKƏMƏ ( 15101885)
-
oxu.azSəhiyyə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxslərinin ev dustaqlığına buraxılması istənilib ( 15091625)
-
hurriyyet.az"Çantamda tapılan 30 min manat oğlumun idi, ev alacaqdıq" - Sabiq baş direktor ( 15091349)
-
yenicag.az“Özümüzü təqsirli bilmirik”- “Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri danışdı ( 15088659)
-
unikal.az"Özümüzü təqsirli bilmirik"- "Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri danışdı ( 15088371)
-
far.azSəhiyyə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxslərinin ev dustaqlığına buraxılması istənilib - MƏHKƏMƏ ( 15088075)
-
sia.azSabiq vəzifəli şəxslərin ev dustaqlığına buraxılması istənilib ( 15087903)
-
bakivaxti.azSN-nin həbsdə olan sabiq vəzifəli şəxslərinin ev dustaqlığına buraxılması istənilib - MƏHKƏMƏ ( 15087703)
-
demokrat.az"Çantamda tapılan 30 min oğlumun idi" —Vəzifəli şəxslərin MƏHKƏMƏSİ ( 15087685)