"YUNESKO Katibliyi Rusiyaya “strateji məğlubiyyət” vermək istəyənlərin maraqlarına xidmət edir".
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov YUNESCO üzrə Rusiya Komissiyasının ümumi iclasında deyib.
“YUNESKO-nun baş direktoru, Fransa vətəndaşı olan Audrey Azulenin rəhbərlik etdiyi YUNESCO Katibliyi mahiyyət etibarı ilə Rusiyaya strateji məğlubiyyət vermək, Rusiyanın beynəlxalq proseslərdə iştirakından tutmuş bütün rusiyalıları ləğv etmək məqsədini bəyan edənlərin maraqlarına xidmət edir. Kiyev hakimiyyəti və onların qərbli himayədarları ilə oynayan katiblik kütləvi, sistemli qırğınlarla bağlı susur, deyərdim ki, bu biabırçı susqunluqdur”-deyə, nazir qeyd edib.
Aytən Yaşar/ Turkustan.az