RU

17 yaşında falçıya getdi: Nəticəsi çox ağır oldu

“Sığınacağa ötən gün bir xanım gətirilib. Xanım 2-3 gün qaldıqdan sonra qəribə davranışlarını hiss etdik. Bütün günü ağlamağa çalışır, eyvanın kənarından ayrılmır, gecələr yatmır, bəzən səbəbsiz yerə gülməyə başlayır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O bildirib ki, qadın müayinə üçün xəstəxanaya göndərilib: 

“Nəticədə, qadına şizofreniya və kəskin psixoloji pozğunluq diaqnozu qoyuldu. Bu gün qohumlarının danışdıqları isə tamamilə başqa bir mövzudan bəhs edirdi. Bildirdilər ki, qadın 17 yaşına qədər tamamilə normal olub. Lakin 17 yaşında falçıya gedib. Falçı ona deyib ki, sizin evdə iki qara çadır görürəm. Qadın bu sözlərdən sonra evə girməkdən imtina edib və vəziyyəti günü-gündən daha da pisləşib.

Hazırda qadını sığınacaqda saxlamaqda çətinlik çəkirik və onu müalicə üçün xəstəxanaya yerləşdirməyə çalışırıq”.

Избранный
9
50
cebheinfo.az

10Источники