RU

AŞPA indi də Gürcüstan nümayəndə heyyətinin səlahiyyətlərini təsdiqləmək istəmir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış plenar iclasının açılış günündə Gürcüstanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

AŞPA-nın İsveçdən olan deputatı Boriana Oberq Avropa Xalq Partiyası siyasi qrupu adından Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı çıxış edib.

“Gürcüstan parlamenti birpartiyalı parlamentdir, tərkibində yalnız "Gürcü Arzusu" var. İvanişvili rejimi Gürcüstanda demokratik nizamı məhv etməkdədir”, Oberq qeyd edib.

Oberqin təşəbbüsü Assambleyanın reqlamentinin tələb etdiyi kimi ən azı beş üzv ölkənin nümayəndə heyətindən olmaqla, ən azı otuz üzv tərəfindən dəstəklənib.

Məsələ ilə bağlı AŞPA-nın Monitorinq Komitəsi növbəti 24 saat ərzində hesabat, Qaydalar Komitəsi isə rəy təqdim edəcək. Çərşənbə günü AŞPA Gürcüstanın nümayəndə heyətinin səlahiyyətləri məsələsi üzrə müzakirələr aparacaq və səsvermə keçirəcək.

Qaydalara əsasən, Assambleya çərşənbə günü mümkün üç variantdan birini seçməlidir. AŞPA Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyə bilər, müəyyən səlahiyyətlərin məhdudlaşdırılması şərti ilə təsdiqləyə və ya təsdiqləməyə bilər.

visiontv.az



Избранный
18
visiontv.az

1Источники