ABŞ-ın Rusiya Mərkəzi Bankının aktivlərini dondurmaq qərarı dünya iqtisadiyyatında ciddi dəyişikliklərə səbəb olub. Rusiyalı iqtisadçı Sergey Qlazyev bu qərarın ABŞ-ın maliyyə sisteminə uzunmüddətli təsirlər yaratdığını bildirir.
ABŞ dövlət istiqrazlarından kütləvi imtinaQlazyev qeyd edir ki, 2022-ci ildə Rusiya aktivlərinin bloklanmasından sonra, dünya ölkələri ABŞ dövlət istiqrazlarının təhlükəsiz olmadığını düşünməyə başlayıb. Nəticədə, bir çox ölkə ABŞ dövlət borcuna yatırımlarını dayandırıb. Bu proses təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.
Onun sözlərinə görə:
ABŞ Xəzinədarlığının qiymətli kağızlarına tələbat azalır.Digər ölkələr Rusiya kimi öz vəsaitlərini ABŞ-dan çıxarmağa başlayır.
İqtisadçının fikrincə, ABŞ dollarının "maliyyə piramidası" tədricən yalnız NATO üzvü olan dövlətlərin üzərində cəmlənib. Bu isə ABŞ-ın maliyyə sistemini daha dar çərçivədə saxlamağa məcbur edir.
Qlazyevin proqnozu:
Digər ölkələrin, xüsusən də inkişaf edən bazarların, ABŞ-ın borc kağızlarından uzaqlaşması tendensiyası davam edəcək.Bu vəziyyət dolların beynəlxalq ticarətdəki mövqeyini zəiflədə bilər.