RU

Ötən il dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza qarşı az icra edilib

Bakı. Trend:

Ötən il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlətvəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədənəməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrəöhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə vəbüdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alantəşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərcsifarişləri əsasında tam və vaxtında təmin edilib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ildə dövlətbüdcəsinin xərcləri 37719,7 milyon manat və ya təsdiq olunmuşproqnoza qarşı 2022,6 milyon manat (5,1 faiz) az icra edilib.

Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlətbüdcəsi xərclərinin 94,9 faizini təşkil edir.

2024-cü il dövlət büdcəsi xərclərinin 21800,3 milyon manatı vəya 57,8 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1532,2 milyonmanat və ya 7,6 faiz çox), 14623,8 milyon manatı və ya 38,8 faiziəsaslı xərclərə (2023-cü illə müqayisədə 383,5 milyon manat və ya2,6 faiz az), 1295,6 milyon manatı və ya 3,4 faizi dövlət borcunaxidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manatvə ya 9,6 faiz çox) yönəldilib.

2024-cü il üzrə funksional təsnifata müvafiq olaraq iqtisadifəaliyyət xərcləri 98,0 faiz və ya 9701,2 milyon manat, səhiyyəxərcləri 97,9 faiz və ya 1827,5 milyon manat, təhsil xərcləri 96,5faiz və ya 4390,1 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri96,0 faiz və ya 361,9 milyon manat, mənzil və kommunal təsərrüfatıxərcləri 95,9 faiz və ya 319,5 milyon manat, müdafiə və millitəhlükəsizlik xərcləri 94,9 faiz və ya 6563,6 milyon manat, sosialmüdafiə və sosial təminat xərcləri 94,7 faiz və ya 4151,3 milyonmanat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsiüzrə xərcləri 92,8 faiz və ya 2809,8 milyon manat, kənd təsərrüfatıxərcləri 91,6 faiz və ya 1102,1 milyon manat, ümumi dövlətxidmətləri xərcləri 90,9 faiz və ya 4115,2 milyon manat, əsasbölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 90,5 faizvə ya 1880,4 milyon manat, mədəniyyət, incəsənət, informasiya,bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digərfəaliyyət xərcləri 86,4 faiz və ya 497,1 milyon manat təşkiledib.

2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələrüzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərcsifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldanazad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilənəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 99,4 faizi və ya4828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlətbüdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulanvəsaitin isə 98,5 faizi və ya 2771,1 milyon manatı istifadəolunub.

Избранный
11
29
az.trend.az

10Источники