“Barselona”nın “Valensiya”ya 7:1 hesabı ilə qalib gəldiyi oyun Robert Levandovski üçün də əlamətdar olub.
İdman.biz xəbər verir ki, "Barsa"nın polşalı forvardı üç mövsüm ərzində ilk dəfə komandanın kapitanı olub.
60-cı dəqiqədə meydana çıxan Levandovski bundan altı dəqiqə sonra fərqlənib, 78-ci dəqiqədə isə Frenki de Yonqun əvəzlənməsi sayəsində kapitan sarğısını taxıb.
Əslində 36 yaşlı forvard "Barselona"da kapitanlıq sıralamasında altıncıdır və bu baxımdan Mark-Andre ter Ştegen, Ronald Arauxo, de Yonq, Rafinya və Pedridən geri qalır. Adları çəkilən oyunçuların zədəli olması və ya əvəzlənməsi nəticəsində Levandovski də şans qazanıb.
Qeyd edək ki, Levandovski 2013-cü ildən Polşa millisinin kapitanıdır.
İdman.biz