RU

Kaliforniyada güclü yağışlar zəhərli kül təhlükəsi yaradır

Bakı, TurkicWorld

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles bölgəsində baş verən meşə yanğınlarının ardınca güclü yağışlar səbəbindən palçıq daşqını və zəhərli kül axını ilə bağlı ciddi xəbərdarlıq edilib.

TurkicWorld xəbər verir ki, meşə yanğınlarından sonra yaranan külün təhlükəli kimyəvi maddələrlə dolu olduuğunu bildirən hakimiyyət orqanları, bu külün yanan avtomobillər, elektronika, akkumulyatorlar, tikinti materialları, boyalar və digər məişət əşyalarının qalıqlarından ibarət olduğunu vurğulayıb.

Meteoroloqlar və yerli rəsmilər xəbərdarlıq ediblər ki, güclü yağışlar sürüşmələrə səbəb ola bilər, bu isə külün daha geniş ərazilərə yayılması riskini artırır. Ərazidə işləyən təmizlik qruplarına xüsusi qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunub.

Hazırda bölgədəki böyük yanğınların ən azı 80%-i nəzarət altına alınıb, lakin indiyə kimi yanğınlar nəticəsində 28 nəfərin həyatını itirdiyi təsdiqlənib.
Səlahiyyətlilər təxliyələrin genişləndirilməsinin lazım ola biləcəyini və əlavə tədbirlər görüldüyünü qeyd edirlər.

Yağışların quraqlıqla mübarizədə mühüm rol oynaması gözlənsə də, hazırda bölgənin böyük hissəsi həddindən artıq və ağır quraqlıq şəraitindədir.

Избранный
17
turkic.world

1Источники