RU

Serbiyanın Baş naziri Miloş Vuçeviçdən istefa qərarı

Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verəcəyini bəyan edib.

Bu barədə Oxu.Az "Ura.ru"ya istinadən xəbər verir.

Məlumata görə, bu qərar ölkədə tələbələrin etirazları fonunda qəbul edilib.

Bildirilir ki, Miloş Vuçeviç yerli vaxtla səhər saat 11-də (Bakı vaxtı ilə 14:00-da) növbədənkənar mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, dünəndən etibarən Serbiyanın paytaxtı Belqradda tələbələr etiraz aksiyasına başlayıblar. Onlar Belqradın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Autokomandanın qarşısına toplaşaraq yolları bağlayıblar.

Tələbələr ötən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza ilə bağlı bütün tələblərin yerinə yetirilməsini istəyirlər. Etirazlara ölkədəki fermerlər də qoşulublar.

Mənbə: oxu.az

Избранный
13
5
oxu.az

10Источники