"Bir əsgər çavuşunun mobil telefonu ilə anası ilə əlaqə saxlayaraq, ondan hal-əhval tutub. Anası ilə hal-əhval tutduqdan sonra nömrənini çavuşun telefonundan silməmişdi".
News24.az xəbər verir ki, bunu RTV-də yayımlanan "Qırılma nöqtəsi" verilişində tanınmış yazıçı Müşfiq Abbasov deyib.
"Əsgər daha sonra xidmətə çıxmışdı və xidmətdən qayıtdıqdan sonra görmüşdü ki, həmin çavuş başqa bir çavuşla oturub, onun anasını müzakirə edirlər. Anası haqqında çox nalayiq ifadələr işlədirlər, şəxsiyyətini təhqir edirlər, çox kobud formada, əxlaqsız formada bu əsgərin anasını müzakirə edirlər.
Əsgərdə necə əsəbləşmişdisə, girmişdi silah anbarına..." - deyə o bildirib.
Davamı videoda:
Günel Məlikzadə