Bir kişi ona xəyanət etdiyini iddia etdiyi həyat yoldaşına bıçaqla ağır xəsarət yetirib daha sonra isə, həmin bıçağı öz boğazına sancaraq in*tih*ar edib.
News24.az medianews.az-a istinadən xəbər verir ki, hadisə 26 yanvar, axşam saat 21:00 radələrində (Bakı vaxtı ilə 22:00) baş verib.
Cütlüyün psixi problemlərinin olduğu və uzun müddətdir dərman qəbul etdiyi öyrənilib.
Xəbəri üzərinə ünvana polis və sağlamlıq qrupları sövq edilib. Kişini edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmasa da, reanimasiyaya aparılan qadının hələ də həyati təhlükəsinin olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.