Fransa bu ilin birinci rübünün sonuna qədər “Mirage 2000-5” qırıcılarını Ukraynaya təhvil verməyi planlaşdırır.
Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot Sud radiosunun efirində bildirib.
“Mirage təyyarələri yaxın gələcəkdə Ukrayna səmasında olacaq. Bu, birinci rübün sonunda baş verəcək”, – Barro bildirib. Bundan əvvəl “Avions Legendaires” nəşri yazmışdı ki, ilk üç fransız “Mirage 2000” qırıcısının Kiyevə təhvil verilməsi yanvarın 20-dən əvvəl baş tutmalı idi. Bir sıra mənbələr təyyarələrin artıq Ukraynada olduğunu bildirmişdi.
//Samir Qurbanov, Editor.az