RU

Erməni türkoloq: “Türkiyənin Ermənistana təqdim etdiyi şərtlər qəbul edilir”

Ermənistan hakimiyyəti faktiki olaraq Türkiyənin bütün ilkin şərtlər paketini qəbul etdi.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu türkoloq Ruben Melkonyan özünün “Facebook” səhifəsində yazıb:  “1990-cı illərin əvvəllərində Türkiyənin Ermənistana təqdim etdiyi on əsas ilkin şərt bunlardır:

– Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesinin dayandırılması. Bununla bağlı keçmişin xatirələrinə əsaslanaraq Türkiyəyə qarşı düşmənçiliyə son verilməsi.

– Ağrı dağının simvol kimi aradan  götürülməsi,

– Qars müqaviləsinin tanınması,

– İstiqlal Bəyannaməsinə düzəliş və s.

Təslim olmağın nəzəri və praktiki tərəfləri var. Əgər düşmənin ilkin şərtlərini nəzəri səviyyədə qəbul edirsənsə, onda onların praktiki tətbiqi, necə deyərlər, texnologiya və zaman məsələsinə çevrilir. Türkiyənin irəli sürdüyü ilkin şərtlərlə Ermənistan hakimiyyətinin hazırda atdığı müəyyən addımlar üst-üstə düşür. Odur ki, Ermənistanın hazırkı hakimiyyətinin atdığı addımlar, bəyanatlar və qanunvericilik təşəbbüsləri nəzəri kapitulyasiyanın, Türkiyənin ilkin şərtlərinin qəbul edilməsinin sadəcə praktik tətbiqidir. Aydın şəkildə başa düşmək lazımdır ki, Ermənistan hakimiyyəti faktiki olaraq Türkiyənin bütün ilkin şərtlər paketini qəbul edib və hökumətin suverenlik və praqmatizmlə bağlı real və tarixi Ermənistanı, Ararat və Araqats və s.-i əks etdirən tezisləri uğursuz siyasi manevr cəhdlərindən başqa bir şey deyil.  Artıq hökumətin erməni soyqırımının beynəlxalq səviyyədə tanınması, Ağrı dağı, İstiqlal Bəyannaməsi, tarixi yaddaş, milli kimlik və digər məsələlərlə bağlı addımlarına təəccüblənmək lazım deyil. Çünki ümidsiz optimistlərin vəziyyətində belə, bu artıq haqq qazandırmır. Bununla belə, elmi dairələrin – soyqırımla məşğul olan alimlərin, tarixçilərin, etnoqrafların susqunluğu,  qorxulu davranışları  hər birimizi təəccübləndirir. Guya hakimiyyətin addımlarını tənqid edən, lakin bərabərlik cizgiləri çəkən, saxta obyektivlik illüziyası yaradan, qərəzsiz mütəfəkkir kimi çıxış edən münafiqlər kütləsinə obyektiv hörmətsizlik hiss etmək olar”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
5
konkret.az

1Источники