RU

Bank kartlarından pulların oğurlanması bank sektorunun problemi deyil: “Bu hallar vətəndaşların məsuliyyətsizliyi səbəbindən yaşanır”

Son vaxtlar bank kartlarından pulların oğurlanması halları, bank kartları ilə bağlı texniki problemlər xeyli artıb. Artıq insanların banka və bank kartlarına artan güvəni getdikcə azalır.

Məlum olduğu kimi, ötən gün Milli Qəhrəmanımız Hökumə Əliyevanın atası da bu barədə ciddi problemlə üzləşdi. Amma nəzərə almaq lazımdır ki, ölkədə 20 milyona yaxın bank kartı var və hər kəsə bu barədə xüsusi diqqət göstərilə bilməz.

Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov Editor.az-a açıqlamasında bildirib ki, məsələnin kökündə duran əsas səbəblərdən biri vətəndaşların özlərinin səhlənkarlığı, məsuliyyətsizliyidir:

“Bütün bunlar da ən çox savadsızlıqdan irəli gəlir. Heç bir halda bank bu və ya digər vətəndaşın vəsaitini mənimsəyə bilməz, çünki burada insan amili və onun hər hansı bir rolu yoxdur. Hər şey elektronlaşdırılmış mexanizm əsasında həyata keçirilir, icra olunur. Əlimizdəki telefonlar vasitəsilə belə biz vəsaitlərimizə nəzarət edə, onu idarə edə bilirik. İnsanlarımız sadəcə olaraq bank kartları ilə davrana bilmirlər, məlumatlarını qoruya bilmirlər. Buna banklar nə etməlidirlər? Plastik kartlardan pul oğurlanması və yaxud silinməsi heç də bank sektorunun problemi deyil. Bank fiziki şəxs deyil ki, vəsaiti əlbəəl götürsün və əlbəəl versin. Bütün bu proseslərin hansı qaydada həyata keçirilir açıq-aydın məlumdur. Bank hüquqi şəxsdir, müəssisədir. Hansı bank istəyər ki, müştərinin ona inamı azalsın və itsin? Sadəcə olaraq vətəndaşlarımız bank xidmətlərindən və kartlarından uyğun şəkildə istifadə bacarıqlarına sahib və malik olmalıdırlar. Başqa sözlə, buna yiyələnməlidirlər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
12
4
editor.az

10Источники