Xəbər verildiyi kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ötən ilin oktyabrında PKK terrorçularının lideri Abdulla Öcalanın silahı yerə qoymağa çağırış etməsinə dair təklif səsləndirib.
Bundan sonra DEM Partiyasından bir heyət 4,5 illik fasilədən sonra İmralıya iki dəfə səfər edib.
"Cebheinfo.az" xəbər verir ki, DEM Partiyasının nümayəndə heyətinin İmralıya ikinci səfərindən sonra terrorçuların lideri Öcalan terror təşkilatına silahı yerə qoymağa çağırış etməyib.
İmralıya ikinci səfərdən sonra DEM Partiyasının ilk qrup toplantısında çıxış edən Dövlət Baxçalı diqqətçəkən açıqlamalar verib. O, Öcalanın gözlənilən çağırışı ən qısa zamanda etməsinin vacibliyini bildirib. "Türkəm deyən xoşbəxtdir. Terrorsuz Türkiyənin günəşinin doğuşu necə də gözəldir”,-deyə fikrini tamamlayıb.