RU

Qazaxıstan Baş naziri: "Xəzər dənizinin dibi ilə sualtı internet kabelinin inşasına 2025-ci ildə başlanacaq"

Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasına 2025-ci ildə start veriləcək.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.

“Bu il Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasına başlanılacaq”, - o vurğulayıb.

Qeyd edək ki, kabel xəttinin uzunluğu 380 km olacaq və onun ötürücülük qabiliyyəti saniyədə 400 Tbit-ə çatacaq. Layihənin ümumi dəyəri isə 50 milyon ABŞ dollarından çox qiymətləndirilir. Sualtı fiber-optik rabitə xətti Aktau-Sumqayıt marşrutu üzrə keçəcək.

Избранный
4
22
report.az

10Источники