ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yanğın zonasında güclü yağış nəticəsində yaranan palçıq daşqının zəhərli kül axınına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.Kaliforniya meşə yanğınlarından sonra yeni təhlükələrlə üz-üzədir.Güclü yağışlar sürüşmələrə və bunun nəticəsində zəhərli kül yığınlarının ətrafa yayılmasına səbəb olur. Yanğınlar nəticəsində 28-dən çox insan həlak olub və çoxlu yanğınlar hələ də davam etməkdədir. Los-Ancelesdəki bütün böyük yanğınların ən azı 80 faizi nəzarət altına alınıb.Artıq hakimiyyət orqanları yağışdan sürüşmə və zəhərli kül axacağı barədə xəbərdarlıq edir.Səlahiyyətlilər vurğulayıblar ki, yanğın zonalarında kül yanan avtomobillər, elektronika, akkumulyatorlar, tikinti materialları, boyalar, mebel və digər məişət əşyalarının zəhərli qarışığıdır.Meteoroloqlar yanğından zərər çəkmiş ərazilərə daha çox kül axını ilə bağlı xəbərdarlıq edib. Ərazini təmizləyən qruplara qoruyucu vasitələrdən istifadə etmələri tövsiyə olunub.Səlahiyyətlilər deyirlər ki, yeni təhlükələrlə mübarizə aparmaq üçün daha çox təxliyə lazım ola bilər.Yağışın Cənubi Kaliforniyada rekorda yaxın quraqlığa son qoyacağı gözlənilir. Bölgənin çox hissəsi hazırda həddindən artıq quraqlıq və ya ağır quraqlıq içərisindədir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта