RU

“NATO və Aİ müdafiə xərclərini artırmalıdır” - Olaf Şolts

“NATO və Avropa İttifaqı (Aİ) müdafiə xərclərini artırmalıdır. Bu, Rusiya Federasiyasından gələn təhlükə ilə bağlıdır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

"NATO-nun "Baltic Sentinel" əməliyyatı Baltik dənizinin mühafizəsini və dəniz dibindəki kritik infrastrukturu yaxşılaşdıracaq", - deyə siyasətçi vurğulayıb.

Kansler bildirib ki, NATO ümumi təhlükəsizliyin təminatçısıdır və Alyansın bir çox üzvləri son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. 

Şolts həmçinin Rusiyaya qarşı müdafiə kampaniyasında Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib.

"NATO-nun Avropa hissəsini gücləndirməliyik və müdafiə xərclərini daha da artırmalıyıq", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
19
5
missiya.az

10Источники