RU

Burak Yılmaz “Kasımpaşa”ya baş məşqçi təyin edildi

Futbol üzrə Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmaz “Kasımpaşa” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İstanbul klubu Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaza tapşırılıb. O, bu postda Hakan Keleşi əvəzləyib. Hansı ki, o, “Kasımpaşa” komandasının baş məşqçisi postundan ötən gecə qovulub. 52 yaşlı mütəxəssislə müqaviləyə Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində keçirilmiş “Kasımpaşa” – “Hatayspor” matçından dərhal sonra xitam verildiyi diqqətə çatdırılıb. Maraqlıdır ki, “Kasımpaşa” bu dramatik matçdan 5:4 hesablı qələbə ilə ayrılıb. Amma komandanın doğma meydanda autsayderə qarşı oyunda qapısından 4 qol buraxması klub rəhbərliyinin ürəyincə olmayıb.

Xatırladaq ki, Hakan Keleş 2024-cü ilin noyabr ayında “Kasımpaşa”nın baş məşqçisi vəzifəsinə təyin edilmişdi. Türkiyəli mütəxəssis bu komandanı cəmi 8 oyuna çıxarıb. İstanbul təmsilçisi bu görüşlərdə 2 qələbə qazanıb, 5 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb.

“Kasımpaşa” hazırda Türkiyə Super Liqasının yarış cədvəlində 25 xalla 12-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 5 qələbə qazanıb, 10 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. İstanbul təmsilçisi hələ ki, mövsümün ən çox heç-heçə etmiş komandasıdır.

Hakan Keleş daha öncə “Konyaspor”, “Sivasspor” və “Girəsunspor”un da baş məşqçisi olub.

Burak Yılmaz isə son olaraq ötən il “Kayserispor”un baş məşqçisi olub. O, ötən ilin yanvarında baş məşqçi təyin edildiyi Kayseri klubundan oktyabrda ayrılmışdı. 39 yaşlı mütəxəssis daha öncə “Beşiktaş”da da baş məşqçi kimi çalışıb.

Избранный
15
26
arena.az

10Источники