Mərkəzi Bankda keçiriləcək mətbuat konfranslarının sosial şəbəkələr üzərindən canlı yayımının təşkili xidməti ilə bağlı elan edilən tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin ümumi dəyəri 33 512 AZN olub.
Cabir Həsənov
Tarix: 28 Yanvar 2025, 15:41