Çin lideri Si Çinpin bu yaxınlarda ÇXR-in əsas rəhbər vəzifələrinə mühüm təyinatlar edib. Bu hərəkətlər onun gənc məmurlardan birinə çevrilə biləcək varisinin hazırlığından xəbər verə bilər, “Bloomberg” yazır.
Si Çinpin hökuməti bu il bir sıra dəyişikliklər etməyə hazırlaşır ki, bu da ona ölkənin növbəti yüksək səviyyəli liderləri olacaq gənc nəsil məmurlara ilk baxışını verəcək. Agentliyin qeyd etdiyi kimi, yaxın vaxtlarda Çində rəhbər vəzifələrin 20%-i yenilənəcək.
Analitiklərin fikrincə, 2030-cu illərdə bu gənc liderlər Çin dövlət qulluqçuları üçün karyera zirvəsi olan təxminən 60 yaşına çatacaqlar.
Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlili Mərkəzindən Nil Tomas, " Si Çinpin hakimiyyətdə nə qədər uzun müddət qalsa, onun gələcək varisinin 70-ci illərdən sonrakı nəsildən olması ehtimalı bir o qədər yüksəkdir,"- deyib.
Sinin ehtimal varisi Çinin ən gənc qubernatoru Lyu Çjedir. O, zəngin sahilyanı Çjeçjyan əyalətinə rəhbərlik edir. Bununla belə, başqa bir ssenari də mümkündür.
"Ola bilsin ki, Si Çinpin daha çox normaları pozsun və öz yaxın müttəfiqlərini ənənəvi təqaüd yaşından çox kənarda hakimiyyətdə saxlasın, bununla da Pekində yaşlı adam siyasətinin yeni dövrünü açsın", - Tomas deyib.
Almaz Həsənli