Latviya hakimiyyəti Amerika prezidenti Donald Trampın Kiyevə yardımı dondurmaq haqqında əmrindən sonra ukraynalı tibb işçilərinin təlimini dayandırmaqla ABŞ-dən tam asılı olduğunu nümayiş etdirib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şəxsi Telegram kanalında bildirib.
“Latviya rejiminə sual: siz müstəqilliyi ancaq əsarətə düşmək üçün əldə etmisiniz?” – deyə soruşub.