RU

"Ermənistan ciddi formada revanşizmə hazırlaşır" - AÇIQLAMA

"Ermənistan ciddi formada revanşizmə hazırlaşır" - AÇIQLAMAErmənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Bu barədə "Bez Tormozov" Telegram kanalı da foto sübutlar yayımlayıb.

Bəs, Ermənistanın bu xəndəkləri qazmaqda əsas məqsədi nədir?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistan hər an, hansısa təxribatlar törədə bilər:

"Ümumiyyətlə, həm müxtəlif teleqram kanallarında yayılan görüntülər, həm də digər məsələlər göstərir ki, Ermənistan ciddi formada revanşizmə hazırlaşır. Təbii ki, burada Ermənistanı silahlandıran Fransa və həmçinin, Cənubi Qafqaz bölgəsində qeyri-sabitliyin olmağında maraqlı olan qüvvələrin də çox böyük rolu olduğunu düşünürəm. Ermənistanın bu gün Kəlbəcər istiqamətində xəndəklər qazması və eyni zamanda da ciddi formada silahlanması fonunda özəlliklə, 2026-cı ildə Ermənistanda seçkilər yaxınlaşdıqca Nikol Paşinyan hakimiyyətinin gündəmi dəyişmək və xalqda bir qorxu yaratmaq üçün Azərbaycanı növbəti dəfə təxribatlara çəkməyə çalışa bilər. Buna görə də müəyyən "hazırlıq" işləri görürlər. Xəndəklərin qazılmağını da bu prizmadan dəyərləndirməyin doğru olduğunu düşünürəm. Digər bir tərəfdən bu gün Ermənistanın sülhdən yayınması, əlbəttə ki, riskləri və çətinlikləri özündə ehtiva edir. Nəticədə bu risklərdən biri də odur ki, Ermənistan hər an, hansısa təxribatlar törədə bilər. Yox, əgər Ermənistanın belə bir təxribat törətmək istəkləri mövcud deyilsə, niyə belə xəndək qazmaq və digər məsələlərlə məşğul olsun?!
Hər halda hesab edirəm ki, Ermənistan növbəti dəfə provakasiyalar törətmək, həmçinin xaricdəki havadarlarının qarşısında yeni, məzlum Ermənistan obrazı yarada bilər. Törətdikləri provakasiyalara da anında, adekvat cavab alacaqlarını bildikləri üçün bu tip addımlar atmağa çalışdıqlarını düşünürəm".

Vüsalə İbrahimli

Избранный
11
sonxeber.az

1Источники