RU

Qadın və Uşaq Sığınacağına gətirilən qadın Psixiatrik Kliniki Xəstəxanaya yerləşdirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda gənc qadın falçının proqnozlarından sonra psixi xəstəliyə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, sığınacağa gətirilən qadında psixi pozuntular aşkarlanıb:
"Sığınacağa bir xanım gətirilib. O, iki-üç gün qaldıqdan sonra qəribə davranışlarını hiss etdik. Bütün gün ağlayır, eyvanın kənarından ayrılmır, gecələr yatmır, bəzən səbəbsiz yerə gülməyə başlayırdı. Narahat olub qadını müayinə üçün xəstəxanaya göndərdik. Nəticədə qadına şizofreniya və kəskin psixoloji pozğunluq diaqnozu qoyuldu".
M.Zeynalovanın sözlərinə görə, qadının qohumları onun 17 yaşına qədər normal olduğunu deyiblər:
"Lakin 17 yaşında falçıya gedib. Falçı ona deyib ki, sizin evdə iki qara çadır görürəm. Bu sözlərdən sonra o, evə girməkdən imtina edib və vəziyyəti günü-gündən daha da pisləşib".
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Mehriban Zeynalova bildirib ki, qadının qohumları sığınacağa dəvət olunublar:
"Özü xəstəxanaya getmək istəmirdi. Biz də özbaşına apara bilməzdik. Qohumları gəldilər və o artıq 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya yerləşdirilib".
Əzizə İsmayılova
Избранный
28
50
oxu.az

10Источники