RU

Rusiyadan maeyi qazı hansı Avropa ölkələri alıb? – Fransa, İspaniya, Hollandiya...

2024-cü ildə Rusiya 33,6 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edib. Bu, 2023-cü illə müqayisədə 4 faiz çoxdur.

“AzPolitika” xəbər verir ki, bu barədə “Kpler” analitik şirkətinin yaydığı analitik hesabatda bildirilir.

Bundan əvvəlki rekord 2022-ci ildə, Rusiya 32,9 milyon ton LNG ixrac etdiyi zaman qeydə alınıb. Həmçinin ötən ilin dekabrında Rusiya beynəlxalq bazarlara 3,25 milyon ton mayeləşdirilmiş təbii qaz göndərməklə aylıq tədarüklər üzrə rekorda imza atıb.

“Kpler”-in məlumatına görə, 2024-cü ildə Rusiyadan ixrac edilən bütün LNG-nin 52 faizi Avropa bazarına gedib. Avropa ölkələri arasında Rusiya LNG-nin ən böyük alıcıları Fransa, İspaniya, Belçika və Hollandiya olub.

Tədarükün daha 45 faizi Asiya bazarına gedib. Çin və Yaponiya ən çox LNG-ni Rusiyadan alıblar. Digər ixrac istiqamətləri arasında Türkiyə və Küveyt də var.

“AzPolitika.info”

Избранный
10
9
azpolitika.info

10Источники