RU

Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək

Sabah – yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək.

Bu barədə "İki sahil"ə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə işləyəcək.

Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

Избранный
14
20
ikisahil.az

10Источники