Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq.
"Cebheinfo.az" xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universitetinin yaradılması haqqında fərman imzalayıb.
Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq.
“2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaq universitetin təhsil sistemi beynəlxalq reytinqlərdə ilk 1000 universitet arasında yer alan Türkiyənin ali təhsil müəssisələrinin tədris proqramları əsasında təşkil olunacaq", - sənəddə qeyd olunub.
Universitet Özbəkistanın qanunlarına uyğun şəkildə fəaliyyət göstərəcək. Ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi üçün idarəetmə şurası yaradılacaq.