RU

Dövlət qulluğunun B növü üzrə sertifikatlar verilir

Dövlət İmtahan Mərkəzi tərəfindən 1 dekabr 2024-cü il tarixində dövlət qulluğunun B növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər (yanvarın 30-dan etibarən).

DİM-dən AzEdu.az-a bildirilib ki, sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər isə [email protected] elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surətini əlavə etməklə müraciət göndərə bilərlər.

Избранный
12
azedu.az

1Источники