Ötən il Azərbaycanda sığorta yığımları 694,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 594,4 milyon manatla "Paşa Həyat Sığorta" və 317,6 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 90,9 milyon manatı keçib.
"Qala Sığorta"nın yığımları isə 79,4 milyon manata çatıb.
“Atəşgah” Sığorta Şirkəti isə 76,4 milyon manata yaxın sığorta haqqı toplayıb.
"Meqa Sığorta"nın yığımları isə 36,2 milyon manatı keçib.
Hesabat dövrünün nəticələrinə əsasən ən aşağı yığımlar 6,2 min milyon "İpək Yolu Sığorta"da olub.