İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 fevral tarixində keçiriləcək hərraca buraxılış tarixləri 2003-2014-cü illəri əhatə edən 72 nəqliyyat vasitəsi çıxarılıb.
Dövlət Xidmətinin məlumatına görə, 14 fevral tarixində keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 79 avadanlıq çıxarılıb. 18 fevral tarixində keçiriləcək hərraca isə 68 nəqliyyat vasitəsi, texnikalar və avadanlıqlar çıxarılıb.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.