Bakı. Trend:
2025-ci il üçün Dövlət Neft Fondunun büdcə layihəsində Fondunidarə edilməsi ilə bağlı ümumi xərcləri 43,7 mln. manat məbləğindəolması proqnozlaşdırılır.
Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.
Bildirilib ki, bu da 2023-cü ilin müvafiq icra göstəricisindən11,0 mln. manat və ya 33,5% və 2024-cü ilin gözlənilən proqnozgöstəricisindən 5,5 mln. manat və ya 14,3% çox olub.
Qeyd olunub ki, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərFondun 2024-cü ilin 9 ayı ərzində cari il üçün təsdiq edilmiş smetaxərcləri ilə (38,2 mln. manat) müqayisədə 19,9 mln. manat və ya52,1% səviyyəsində icra olunub.
Fondun büdcəsinin bu maddə üzrə icra olunan xərcləri 2023-cüilin eyni dövrü ilə müqayisədə 0,2 mln. manat və ya 0,8% azolub.