Təyyarə qəzası ilə bağlı XİN adından saxta məlumatlar yayılır
Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatlar yayılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilib ki, Ayxan Hacızadə açıqlamasında həmin məlumatın saxta olduğunu bildirib: “Həmin saxta məlumatda Ayxan Hacızadənin adından deyilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.