RU

Alkoqollu içkini bu qiymətdən aşağı satmaq olmaz- yeni qanun nəyə hesablandı...

Image

Kamran Məmmədli: “Yeni qaydaların tətbiqində məqsəd alkoqollu içkilər bazarında qeyri-leqal olaraq satışa çıxarılan və insan sağlamlığı üçün zərərli olan məhsulların qadağan olunmasına nail olmaqdır”

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qaydası müəyyənləşir. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əlavə edilən yeni - 29-1-ci maddədə əksini tapıb. 

Qanuna əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu işkilərin pərakəndə satışına dair içkilərin minimum qiymətinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

Maraqlıdır, minimum qiymətin müəyyənləşdirilməsinin nə kimi təsirləri və faydaları ola bilər?

“Bu, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına yönəlib”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni qaydaların tətbiqində məqsəd alkoqollu içkilər bazarında qeyri-leqal olaraq satışa çıxarılan və insan sağlamlığı üçün zərərli olan məhsulların qadağan olunmasına nail olmaqdır: “Qaydalarda məqsəd bazara qeyri-leqal çıxarılan və qiyməti kifayət qədər aşağı olan araqların satışının qarşısını almaq və qanuni zavodlar tərəfindən istehsal olunan araqların satışına nail olmaqdır. Ümumiyyətlə, alkoqollu içki normativ huquqi akta əsasən hazırlanmalıdır. Adıçəkilən məhsul elə hazırlanmalıdır ki, istehlakçı zəhərlənməsin. Danılmaz faktdır ki, bu sahədə yetərincə problem mövcuddur. Satışda texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur və heç də az deyil. Qanunvericiliyə edilən dəyişiklik sexlərdə, kustar şəkildə hazırlanan spirtli içkilərin qarşısını alacaq. Məhsul müəyyən olunmuş  qiymətdən ucuz satıla bilməz”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu dəyişiklik məqsədli şəkildə edilib: “Dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir”.

Günel CƏLİLOVA





Избранный
3
27
baki-xeber.com

10Источники