Lənkəranda sərnişin avtobusu qəzaya uğrayıb, 24 nəfər yaralanıb.
Xəbər verdiyimiz kimi Lənkəran-Boradigah-Masallı yolunun Girdəni kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
MÖVZU İLƏ BAĞLI:
Lənkəran qəzasında yaralananların sayı artdı - ADLAR
Yaralılar (13 qadın, 10 kişi və 1 azyaşlı) dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin müalicəsi reanimasiya şöbəsində, altısının travma şöbəsində, dördünün isə təcili yardım şöbəsində davam etdirilir. Yüngül xəsarət alan 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Hadisə ilə bağlı məlumat verən xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, yaralılara operativ şəkildə tibbi xidmət göstərilib.
Hadisə yerinə təcili yardım briqadaları, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. İ
İlkin araşdırmalara əsasən, qəzanın baş verməsinə "VAZ-2107" markalı avtomobilin qəfil avtobusun qarşısına çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu