Çin və Hindistan şirkətləri mart ayı üçün Rusiyadan neft idxalı üzrə müqavilələrin bağlanmasını dayandırıb.
Buna səbəb tətbiq olunan sanksiyalar səbəbindən idxal xərclərinin hər barelə görə 3 – 5, \"ESPO Blend\" neftinin 1 barelinin qiymətinin isə 2 dollar artmasıdır. Bu isə bir neçə milyon ABŞ dolları vəsaitin həmin məqsədlə sərf edilməsi deməkdir.
O da bildirilir ki, sözügedən qərar səbəbindən Çinin neft emalı zavodları gəlir itkisi ilə üzləşəcəyindən ehtiyatlanır.
Hindistan tərəfi isə artıq alternativ idxal marşutları axtarışında Yaxın Şərq, Afrika və ABŞ bazarlarına üz tutmağa başlayıb.
Buna səbəb isə mart-aprel aylarında idxal həcminin daha da azalacağı ilə bağlı proqnozlardır.
///apa